Putin birgə bəyanatın müəlliflərini açıqladı

22.11.2020 14:40 635 baxış sayı 2 dəq. oxuma
Putin birgə bəyanatın müəlliflərini açıqladı

Dağlıq Qarabağda atəşkəsə dair 9 noyabr tarixli birgə bəyanatın mətni üzərində iş onu imzalayan hər üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Mətnin özünə gəldikdə, bunu təbii ki, üçümüz – mən, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri hazırladıq. Başqa cür də ola bilməzdi”, - deyə Putin bildirib. Onun sözlərinə görə, bu bəyanat Azərbaycan və Ermənistan tərəfləri arasında imzalanmış razılaşma idi:

“Rusiya yalnız vasitəçi rolunu oynadı və tərəflər arasında sülhün əldə olunması üçün bu sənəd üzrə üzərinə öhdəlik götürdü. Biz indi bu işlə məşğuluq. Bəyanatın müəllifləri isə, sözsüz, hər üç tərəfdir”.

F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: