
Putinin İlham Əliyevlə telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı rusiyalı sülhməramlıların işi, Dağlıq Qarabağda humanitar yardım göstərilməsi və qarşılıqlı iqtisadi əlaqələr müzakirə olunub.
Həmçinin, Rusiya sülhməramlılarının Dağlıq Qarabağ bölgəsindəki iş üsulları və əhaliyə humanitar yardımın göstərilməsi üçün bundan sonrakı addımlar nəzərdən keçirilib, regionda qarşılıqlı iqtisadi əlaqələr və nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələsi müzakirə olunub.
Bundan əlavə, Putin İlham Əliyevlə Rusiyanın qurumlararası nümayəndə heyətinin Bakı səfərinin nəticələrini müzakirə edib.
Oxşar xəbərlər

İlham Əliyevlə Putin Qarabağı müzakirə etdi
Son Xeberler

Pompeo İlham Əliyevlə telefonla danışdı
Son Xeberler

Prezidentlə Putinin telefon danışığının detalları...
Son Xeberler

İlham Əliyev Paşinyanla görüşəcək:
Son Xeberler

Rusiya və Ermənistan XİN rəhbərlərinin telefon dan...
Son Xeberler

Tramp və Putin bu həftə telefon danışığı planlaşdı...
Bugun.az