Hazırda Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb olub:
“Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir”.