Qanunsuz sərnişin daşıyan sürücülər saxlanıldı
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avqustun 21-də Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yoxlama zamanı R.İsgəndərov və sərnişini Şabran rayon sakini A.İsayevin Bakı şəhər sakini olan 7 nəfər sərnişinə pul müqabilində müxtəlif rayon qeydiyyatlı vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsi verərək onları rayon istiqamətinə postdan keçirməyə cəhd etməsi müəyyən edilib.
Qeyd edilən 7 nəfər barəsində İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib edilib, R.İsgəndərov və A.İsayev isə araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil veriliblər.
Etiketlər
Oxşar xəbərlər
Qanunsuz sərnişin daşıyan sürücü saxlanıldı
Son Xeberler
Bu avtobuslarda gediş haqları BAHALAŞDI - 80 QƏPİK...
Son Xeberler
Bakıdan Zaqatalaya sərnişin daşıyan mikroavtobus a...
Son Xeberler
Azərbaycanda nənəsinin yasından qayıdan qız yol qə...
Son Xeberler
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs...
Son Xeberler
Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı
Son Xeberler