Qarabağ Dirçəliş Fondunun ilk iclası keçirildi
Bu gün "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvləri işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini müzakirə ediblər.
Iclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Fondun əhəmiyyəti barədə danışıb, bununla bağlı daxili və xarici təbliğatın aparılmasının vacibliyini qeyd edib.
Müşahidə Şurasının digər üzvləri də bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər. İclas zamanı işğaldan azad edilmiş ərazilərə investisiyaların və özəl sektorun cəlb olunması, bərpa işlərinə maliyyə dəstəyinin göstərilməsi və digər məsələlər müzakirə edilib.
Şuranın növbəti iclasının yaxın zamanlarda keçiriləcəyi və Müşahidə Şurasının üzvlərinin Fondun fəaliyyəti istiqamətində vəfizələrinin müəyyənləşdiriləcəyi nəzərdə tutulub.
Oxşar xəbərlər
İlham Əliyevdən Qarabağ Dirçəliş Fondu ilə bağlı
Son Xeberler
Mikayıl Cabbarov Rəhman Hacıyevi təbrik etdi
Son Xeberler
İqtisadi Şuranın növbəti iclası keçirildi -
Son Xeberler
Dövlət Komissiyasının ilk iclası keçirildi
Son Xeberler
“YAŞAT” Fondunun Himayəçilik Şurasının ilk iclası...
Son Xeberler
Çavuşoğlu Azərbaycanı təbrik etdi
Son Xeberler