01.03.2021 10:39
6
abunə
475
Qarabağda rus silahlarını məhv etdik: Bizi 1 saat belə dayandıra bilmədilər - Türkiyədən ŞOK AÇIQLAMA

Rusiya ordusu Bayraktar TB2 İHA-larının da istifadə etdiyi peyk və naviqasiya sistemlərini sıradan çıxara biləcək texnologiyaya sahibdir.

Rusiyalı hərbi mütəxəssis Viktor Murakovski Ria novosti agentliyinə açıqlamasında belə deyib. O bildirib ki, Rusiya pilotsuz uçuş aparatlarının sıradan çıxarılmasına qarşı bir neçə hərbi layihə hazırlayıb. Qeyd edək ki, bundan əvvəl Baykar şirkətinin Baş direktoru Haluk Bayraktar türk silahlarının rus silahlarından üstün olduğunu bəyan etmişdi:

“Sonuncu dəfə Qarabağda gördük. 50-dən çox hava hücumundan müdafiə sistemi, 140-ə qədər tank, 100-lərlə hərbi texnika SİHA-lar tərəfindən məhv edildi. TB2-ni 1 saat belə dayandıra bilmədilər. Bayraktar2 hər zamanı havadadır”.

Bayraktarın sözlərinə görə, türk silahları rus silahlarından üstün olduğunu Qarabağla yanaşı Suriyada və Liviyada da sübut edib.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine