🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qaradağda dəfn edilən şəhidlərin məzarları ilə bağlı səlahiyyətli şəxslərdən MÜHÜM AÇIQLAMA

27.01.2021 11:19 355 baxış sayı 4 dəq. oxuma
Qaradağda dəfn edilən şəhidlərin məzarları ilə bağlı səlahiyyətli şəxslərdən

Sosial şəbəkələrdə Qaradağ rayonu ərazisindəki ucqar qəbiristanlıqda dəfn olunmuş şəhidlərin məzarını su basdığını əks etdirən görüntülər yayılıb. Görüntülərdə şəhidlərin valideynlərinin şikayətləri yer alıb..

Təəssüf ki, videolarda çox acı bir mənzərə də əks olunur: şəhid qəbirləri etiraz edən valideynlər tərəfindən dağıdılır.
Məsələ ilə bağlı musavat.com-a danışan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, tabeliyi Bakı şəhər rəhbərliyinədir:

“Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırıblar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.

Qaradağ rayonunun deputatı Aydın Hüseynov modern.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib:

“Məsələdən həm Müdafiə Nazirliyi, həm də digər müvafiq orqanlar xəbərdardır. Tədbirlər mütləq görüləcək. Mən də deputat olaraq həmin valideynlərlə əlaqə saxlamışam. Şəhidlərimizin məzarı valideynlərin istədiyi kimi olacaq. Hər birimizin borcudur ki, şəhidlərin məzarı önünə gedək, baş əyək”.

Aydın Hüseynov qəbiristanlığı su basmasına da münasibət bildirib:

“Qaradağ qəbiristanlığında dəfn edilən şəhidlərimiz Bakının müxtəlif rayonlarındandır. Şəhidlərimiz dəfn ediləndə ərazidə su olmayıb. Zənn etmirəm ki, kimsə bunu bilərəkdən edib. Orada digər qəbirlər də var”.

Qeyd edək ki, bir neçə gün əvvəl məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı "qafqazinfo”ya bildirib ki, şəhid anaları qəbul edilib və onların problemi dinlənilib.

Xatırladaq ki, 17 şəhid ailəsi övladlarının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn edilməsinə etiraz edir və onlar müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldıraraq, məzarların oradan köçürülməsini tələb edirlər. Buna səbəb kimi isə övladlarının məzarlarının qurunt sularının altında qaldığını göstərirlər.

Paylaş: