🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qaz Emalı Zavodu tender elan edir

28.08.2020 19:22 342 baxış sayı 4 dəq. oxuma
Qaz Emalı Zavodu tender elan edir

SOCAR Qaz emalı zavodunun Yanğınsöndürmə vasitələri və nişanlarına olan tələbatını təmin etmək məqsədi ilə tenderin müddətinin uzadılmasını elan edib.

Tenderdə iştirak etmək üçün müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi təqdim edilməlidir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 3 sentyabr 2020-ci il, saat 16:30-a qədər Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək satınalan təşkilata təqdim edilməlidir.

Müsabiqə təklifi bir əsli və 2 surəti olmaqla ən geci 9 sentyabr 2020-ci il, saat 11:00-a  qədər satınalan təşkilata təqdim olunmalıdır. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla hazırlanmalı və təqdim edilməlidir.

Müsabiqə zərflərinin açılışı günü texniki təkliflər ayrı, maliyyə təklifi ayrı zərflərdə qəbul ediləcək.

Müsabiqə təkliflərinin açılışı iki mərhələli formada yerinə yetiriləcək. Yəni, maliyə və texniki təkliflər hər biri möhürlənmiş ayrı zərfdə qəbul edildikdən sonra ilk olaraq texniki təkliflərin qiymətləndirilməsi aparılacaqdır. 

Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş iddiaçıların təklifləri qəbul edilməyəcəkdir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər LOT 2 üzrə - 59,00 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:00-a kimi ala bilərlər.

Geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.

Paylaş: