“Qəddarlıq etmişəm, amma məni öldürməyin…” – Lukaşenkodan yalvarış

17.08.2020 12:23 956 baxış sayı 2 dəq. oxuma
“Qəddarlıq etmişəm, amma məni öldürməyin…” –

Belarus prezidenti Aleksandr Lukaşenko sensasion açıqlama ilə çıxış edib.

Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 17-də Minsk Traktor Təkəri Zavodunda (MZKT) tətil edən işçilərə müraciətlə: “Məni məhv etməyin!”, – deyə, çağırış edib.

“Mən əbədi deyiləm. Amma siz ilk prezidenti məhv etsəniz, qonşu ölkələrdə olduğu kimi, hamını məhv edəcəksiniz. Belaruslar bunu etməməlidirlər”,- deyə, Lukaşenko bildirib.

O, həmçinin müqəddəs olmadığını da söyləyib.

“Mənim qəddarlığımdan xəbərdarsınız. Onu da bilirsiniz ki, qəddarlığım olmasa idi, ölkə də olmazdı. Əmin ola bilərsiniz ki, sizin övladlarınızı incitmərəm, ölkəni də heç kimə vermərəm”, – deyə, o, vurğulayıb.

Bildirək ki, Lukaşenko sözügedən zavoda oğlu Nikolayla birgə helekopterlə gəlib. Zavodun ərazisi Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən qorumaya alınmışdı. Lukaşenko səlahiyyətlərini paylaşmağa hazır olduğunu bildirib, amma bunu təzyiq altında etməyəcəyini bildirib.

Lukaşenkonun çıxışı zamanı fəhlələr ”Çıx get!” şüarları səsləndiriblər.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: