Qərar verildi: İyulun 9-dan...
Sərt karantin rejimin tətbiq edilməsi ilə fəaliyyəti bərpa olunan ekspres xətlərin fəaliyyəti gündəlik olaraq nəzarətdə saxlanılır.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur.
Avtobusların sayı, hərəkət intervalı və ümumi iş qrafiki də əldə olunan nəticələrə uyğun müəyyənləşdirilir. Son iki üç gün ərzində aparılan belə təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.
Dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq.
Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək. Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.
Etiketlər
Oxşar xəbərlər
Daxili Qoşunların Hərbi Qulluqçularının Maaşları A...
Bugun.az
SON DƏQİQƏ: Azərbaycanda rayonlara gediş-gəlişə ic...
Son Xeberler
Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə...
Son Xeberler
Dollarla bağlı mühüm QƏRAR VERİLDİ
Son Xeberler
Müddət uzadıldı - Baş Nazirdən mühüm qərar
Anar Türkeş
Qapalı kafe-restoranlarla bağlı QƏRAR verildi -
Son Xeberler