Qəzaya düşən Milli Qəhrəman vəfat etdi
Bir neçə gün əvvəl qəzaya düşən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov vəfat edib.
Bu barədə xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki. M.Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşmüşdü. O, Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunsa da, vəziyyəti ağır idi, süni tənəffüs aparatına qoşulmuşdu.
Xatırladaq ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünmüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib. Daha sonra isə 019 saylı (ləğv edilib-red.) hərbi hissənin komandiri olub. M.Həsənov vaxtilə şagirdi olduğu 3 nömrəli tam orta məktəbin direktoru olub.
Oxşar xəbərlər
Azərbaycanda toydan çıxan bəy qəzaya düşdü
Xəbər Anı
Türkiyə MN Azərbaycanı bu dəfə fərqli formada təbr...
Son Xeberler
Qəzaya düşən Milli Qəhrəman süni tənəffüs aparatın...
Son Xeberler
Milli Qəhrəmanın anası vəfat etdi
Son Xeberler
Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevi...
Bugun.az
Hamlet Xanızadənin xanımı vəfat etdi
Son Xeberler