
                                    
                                        Son Xeberler
                                    
                                    
                                                    
                                        
                                            
                                            9 abunə
                                        
                                    
                                Qisas alan, qisası alınan şəhidimiz - VİDEO
                        
                            
                            29.12.2020 05:26
                        
                        
                            
                            603 baxış sayı
                        
                        
                            
                            4 dəq. oxuma
                        
                                            
                                            
Vətən müharibəsinin qəhrəman şahidlərindən və şəhadətə yüksələnlərdən biri də əsgər Şamil Nəcəfovdur. Şamil bakalavr və magistr təhsilini başa vuraraq hərbi xidmətə gedib. Müharibənin ilk günündə döyüşlərə qatılan igidimiz riyaziyyatı yaxşı bildiyinə görə, artileriyya bölməsinə seçilib. Şamil Murov istiqamətindəki qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Uşaqlıqdan Qarabağın işğalı ilə, ermənilərin xocalıda törətdiyi qətliamla heç cür barışa bilmirdi şəhid əsgər Şamil Nəcəfov. İntiqam hissi ilə böyüyən Şamilin ən böyük arzusu hərbçi olmaq və erməni vandalizmi nəticəsində qətlə yetirilən həmyerlilərimizin qisasını almaq idi. Şamilin qisas almaq arzusu vətən müharibəsi başlayanda reallaşır. Kəlbəcər istiqamətində döyüşlərə qatılaraq, düşmən mövqelərini və canlı qüvvələrini verdiyi dəqiq koordinatlarla darmadağın edir.
Anası deyir ki, oğlunun döyüşlərdə iştirak etməsindən xəbərsiz olub. Çünkü Şamil döyüşlərə qatıldığını onlardan gizlədirmiş. Müharibənin ilk günlərində düşmənə qan udduran Şamil Nəcəfov oktabr ayının 1-də qəhrəmancasına şəhid olub.
Əslən Yardımlı rayonundan olan və hazırda Saray qəsəbəsində yaşayan Nəcəfovlar ailəsinin iki oğul övladı var. Şəhid əsgər Şamilin vətənpərvər olması əslində təsadüf deyil. Çünkü onun atası da birinci qarabağ müharibəsində iştirak edib. Atası deyir ki, oğlu məktəbi yüksək qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Elmə olduqca böyük marağı olan Şamil riyaziyyatı da yüksək səviyyədə bilirmiş. Buna görə də, onu artileriya bölməsinə cəlb ediblər.
Bu gün vətən torpaqları Şamil və Şamil kimi igidlərin qəhrəmanlıqlarına görə azaddır. Biz bu azadlığı şəhidlərimizin ruhuna borcluyuq. Allah rəhmət eləsin.
                                        O
                                    
                                
                                Regional siyasət müxbiri
                                    
                                    
                                                                            Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bərdənin qisası belə alındı -
Son Xeberler
                                        
                                            
                                            1,035
                                        
                                        
                                            
                                            28/10 07:40
                                        
                                    
                                
“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq!” -
Son Xeberler
                                        
                                            
                                            568
                                        
                                        
                                            
                                            28/10 12:35
                                        
                                    
                                
"Atamın ölümünə görə həkimlərdən qisas alıram" - İ...
Şou Xəbər
                                        
                                            
                                            1,577
                                        
                                        
                                            
                                            18/06 11:01
                                        
                                    
                                
Cənazə kimi tək bir ayağı gələn ŞƏHİDİMİZ -
Son Xeberler
                                        
                                            
                                            689
                                        
                                        
                                            
                                            07/12 06:53
                                        
                                    
                                
Xudaya yar olan şəhidimiz -
Son Xeberler
                                        
                                            
                                            619
                                        
                                        
                                            
                                            26/11 07:54
                                        
                                    
                                
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayə...
Cinayət Xəbərləri
                                        
                                            
                                            201
                                        
                                        
                                            
                                            03/11 19:51
                                        
                                    
                                
                                        

