Qiyas İbrahimov saxlanıldı
Bakı şəhər Baş Polis İdarəsi “Nida” vətəndaş hərəkatının üzvü Qiyas İbrahimovla bağlı açıqlama yayıb.
Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, o, iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib.
Qurum rəsmisinin sözlərinə görə, polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.
Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcəkdir.
Oxşar xəbərlər
Qiyas İbrahimov sərbəst buraxıldı
Son Xeberler
Məhkəmə Qiyas İbrahimovla bağlı QƏRAR VERDİ
Son Xeberler
Məhkəmə Qiyas İbrahimovla bağlı qərar verdi Nizam...
Son Xeberler
"Sələmçi Qiyas" həbs olundu
Xəbər Anı
Gənc Musiqiçi Qəflətən Vəfat Etdi
Bugun.az
Bakıda silahlı şəxs saxlanıldı
Son Xeberler