🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qızıl yataqlarında qazıntı işləri ilə bağlı müqavilə imzalanıb? - AÇIQLAMA

18.11.2020 18:31 385 baxış sayı 3 dəq. oxuma
Qızıl yataqlarında qazıntı işləri ilə bağlı müqavilə imzalanıb? -

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqda yayılan xəbərlərə münasibət bildirib.

Qurumdan daxil olan məlumatda bildirilir ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə " 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" Dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. 

Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC asosiasiya edilərək səhvə yol verilib. Qeyd edək adları çəkilən yataqların  işlənməsi ilə bağlı Cəmiyyətə indiyədək hər hansı bir müraciət daxil olmayıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu gün KİV-də Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanması ilə bağlı xəbərlər yayılıb. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili deyib.

Paylaş: