🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qondarma rejimin "nazir"ləri Xankəndidən QAÇDI

03.11.2020 18:12 405 baxış sayı 3 dəq. oxuma
Qondarma rejimin "nazir"ləri Xankəndidən

Ermənistanda yüksək rütbəli məmurların fərarilik etdikləri məlum olub.

Bu barədə qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın "Facebook" səhifəsində məlumat paylaşılıb.

Səfərbərlikdən yayınan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar vəzifələrindən azad olunublar və onlara cinayət işi açılıb.

Qondarma rejimin işdən çıxarılan məmurlarının siyahısı belədir:

"“Prezident”in köməkçisi" Rudik Martirosyan

"Baş Prokurorun müavinləri" Erik Verdiyan və Sasun Qabrielyan

"Dövlət Statistika Şurasının üzvü" Armen Soqomonyan

"Mərkəzi Seçki Komissiyasının üzvü" Yeqişe Soqomonyan

"Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini" Arkadi Soqomonyan,

"Şəhərsalma və arxitektura nazirinin müavini" David Avanesyan

"Təhsil və elm naziri" Erik Qriqoryan

"Dövlət Gəlirləri Komitəsinin Aparat rəhbəri" Qagik Ayrapetyan

"Prezidentin inzibati işlər üzrə köməkçisi" Artak Arstamyan

Həmçinin, bildirilib ki, işdən çıxarılan vəzifəli şəxslər biabırçı davranışlarına görə qanun çərçivəsində digər sanksiyalarla da üzləşəcəklər.

Paylaş: