19.07.2020 23:47
6
abunə
406
Qurban Qurbanov müqavilə təklifini rədd etdi

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Türkiyənin “Hatayspor” klubundan təklif almasının təfərrüatları məlum olub.

Qurbanovu yeni mövsümdən Superliqada çıxış edəcək “Hatayspor”a ilk olaraq klubun sabiq baş məşqçisi Fatih Kavlak təklif edib.

F.Kavlak Azərbaycan futbol azarkeşlərinə tanış addır O, bir zamanlar “Qarabağ”da Q.Qurbanovun köməkçisi, eləcə də “Qəbələ”nin baş məşqçisi işləyib.

F.Kavlakın təklifindən sonra danışıqlar bir neçə dəfə olmaqla davam etdirilib. Daha sonra danışıqlara klubun prezidenti özü də qoşulub. Əldə etdiyimiz xəbərə görə, "Hatayspor" rəhbərliyi ilə Q.Qurbanov arasında sonuncu danışıq dünən olub.

Qurban Qurbanov bu təklifə "yox" cavabı verib.(qol.az)

Daxil olun


x
This website is using cookies. More info. That's Fine