
Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI

Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 6 binada, Naxçıvan şəhərində isə 1 binada təşkil olunacaq.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, namizədlər iyul ayının 29-dan etibarən DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilirlər.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.
İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcəkdir.
Xatırladaq ki, ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir.
Etiketlər
Oxşar xəbərlər

Rezidentura imtahanları avqustda keçiriləcək
Son Xeberler

Buraxılış və qəbul imtahanları təxirə salınacaq
Son Xeberler

Qəbul imtahanları ilə bağlı yekun QƏRAR VERİLDİ -
Son Xeberler

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Son Xeberler

Buraxılış imtahanlarının nəticəsi nə vaxt bilinəcə...
Son Xeberler

Azərbaycanda buraxılış imtahanları keçirilir
Son Xeberler