Ronaldo əsrin ən yaxşı futbolçusu seçildi

27.12.2020 19:48 609 baxış sayı 1 dəq. oxuma
Ronaldo əsrin ən yaxşı futbolçusu seçildi

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo "Globe Soccer"in sorğusunda birinci olub.

Portuqaliyalı oyunçu səsvermə nəticəsində 21-ci əsrin ən yaxşı futbolçusu seçilib.

O, səslərin 38 faizini toplayıb. "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi 24 faiz səslə 2-ci, "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah 3-cü (23), Braziliya millisinin keçmiş üzvü Ronaldinyo isə 4-cü (14) olub.

R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: