Rusiya sülhməramlıları Qarabağa yola düşüblər - VİDEO
Ermənistana gəlmiş Rusiya sülhməramlıları Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri xidməti sahələrə yollanıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, - deyə nazirliyin məlumatda qeyd edilir.
Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalacaq.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
"Qarabağa əcnəbilər yalnız bizim razılıqla daxil o...
Son Xeberler
Sülhməramlılardan ibarət növbəti karvan Qarabağa y...
Son Xeberler
Rusiya Qarabağa daha 20 hərbi təyyarə göndərdi
Son Xeberler
Rusiya sülhməramlıları Qarabağdakı xəritə qalmaqal...
Son Xeberler
Sülhməramlıların hərəkətinə vertolyotla nəzarət ol...
Son Xeberler
Rus sülhməramlılar 150 hektardan çox ərazini minad...
Son Xeberler