24.10.2020 19:45
6
abunə
460
Rusiya XİN Arturla bağlı məlumat yaydı

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar rəsmi "Facebook" səhifəsində paylaşım edib.

Məlumatda deyilir: “Oktyabrın 17-də raket hücumu nəticəsində yaralanaraq Gəncə şəhər xəstəxanasına gətirilmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovun oktyabrın 24-də vəfat etməsi barədə Azərbaycanın hakimiyyət orqanları tərəfindən səfirliyə məlumat verilib. Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır, onlara lazım olan köməyi göstərir.

A.V.Mayakov oktyabrın 24-də Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn edilib. Dəfn mərasimində Gəncənin rus icması başçısının müavini İ.V.Kalaşnikova və Gəncədəki Aleksandr Nevski məbədinin keşişi Varfolomey Ata iştirak ediblər.

Səfirlik bu kədərli hadisə ilə əlaqədar mərhumun qohumlarına və yaxınlarına başsağlığı verir”.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine