Rusiyanın İrkutsk vilayətində gecə saatlarında zəlzələ baş verib.
Slyudanka şəhərində zəlzələ marketlərin birinin nəzarət kamerasına düşüb.
“Podsluşano Slyudanka” “Vkontakte” kanalı sözügedən videonu yayımlayıb.
Zəlzələnin episentri şəhərdən 84 kilometr məsafədə - Kultuk qəsəbəsində yerləşib və burada yeraltı təkanların gücü səkkiz bala çatıb.
Irkutsk və Slyudyankada yeraltı təkanlar 5-6 bal təşkil edib.
İlkin məlumatlara görə, itki və dağıntı olmayıb.