🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Rusiyada pandemiya qurbanlarının sayı 7 mini ötdü

15.06.2020 07:59 424 baxış sayı 2 dəq. oxuma
Rusiyada pandemiya qurbanlarının sayı 7 mini ötdü

Rusiyada son bir gündə daha 8 246 nəfərə COVID-19 diaqnozu qoyulub.


Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.


Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 537 210 nəfərə çatıb.


Ölkədə virusdan ölənlərin sayı isə daha 143 nəfər artaraq 7 094-ə yüksəlib.


Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 284 539 nəfər sağalıb.


Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 359 nəfər.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 435 mindən çoxu isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Paylaş: