Rusiyada son sutkada 456 nəfər koronavirusdan ölüb

25.01.2021 09:40 498 baxış sayı 1 dəq. oxuma
Rusiyada son sutkada 456 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 3,73 milyonu keçib.

Ölkədə son sutka ərzində 19 290 nəfər virusa yoluxub, 456 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 738 690 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 69 918 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 150 763 şəxs virusdan sağalıb, 518 009 nəfərin müalicəsi isə davam edir.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: