"Rusiyadan Ermənistana külli miqdarda silah keçirilir" - Prezident
“Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir”.
Bu sözləri Prezident İlham Əliyev “TASS” informasiya agentliyinə videomüsahibəsində deyib. Dövlət başçısı bildirib:
“Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir”.
Oxşar xəbərlər
Daha bir ölkə Ermənistana silah veribmiş -
Son Xeberler
ABŞ 40 ildən sonra ilk dəfə Türkiyəyə silah satışı...
Son Xeberler
Ermənistan Gürcüstandan kömək istəyib
Son Xeberler
Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarl...
Son Xeberler
SERBİYADAN ŞOK ETİRAF
Son Xeberler
Rəsmi Bakı Serbiyadan cavab gözləyir
Son Xeberler