🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Rusiyadan NATO-ya SƏRT XƏBƏRDARLIQ - ŞOK GƏLİŞMƏ

27.12.2020 19:23 488 baxış sayı 2 dəq. oxuma
Rusiyadan NATO-ya SƏRT XƏBƏRDARLIQ - ŞOK GƏLİŞMƏ

“NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”.

Bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, cari ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin “Dragon” esminesi Xersones burnu istiqamətində Rusiya sularına daxil olaraq keçid edib, 24 noyabrda isə ABŞ-ın “Con Makkeyn” esminesi Böyük Pyotr körfəzinə daxil olub.

“Bu hərəkətlər açıq şəkildə təxribat xarakteri daşıyırdı. Hadisələrin qarşısı yalnız rus pilotlarının və dənizçilərinin yüksək səviyyədə hazırlığı sayəsində alındı. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqda "Rusiya ilə güc dili ilə danışmaq lazımdır" ifadəsini düşünməməyi tövsiyə edirik

Güc təhdidi birbaşa BMT Nizamnaməsinin pozulmasıdır, bu cür hərəkətlər tərəfimizdən lazımi qaydada cavablandırılacaq. Lakin, biz hər zaman ən çətin problemlərin danışıqlar masasında həll edilməli olduğunu düşünürük”.(report)

Paylaş: