🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Sabiq general və polkovniklər Paşinyanı hədələdilər

17.12.2020 18:07 314 baxış sayı 2 dəq. oxuma
Sabiq general və polkovniklər Paşinyanı hədələdilər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş yüksək rütbəli bir qrup şəxsi bəyanat yayıblar.

Onlar bəyanatda ölkəni düşdüyü böhran vəziyyətindən çıxarmaq üçün hakimiyyət dəyişikliyinin vacibliyini bildiriblər.

Sabiq istefa vermiş general və polkovniklər tərəfindən imzalanmış bəyanatda Ermənistan ordusundakı mənəvi və psixoloji mühitdən, Azərbaycanla sərhəd problemlərini həll edə bilməməsindən, Qarabağda Azərbaycan Silahlı Qüvvələri ilə vaxtaşırı toqquşmalardan, dövlət orqanlarının qeyri-mütəşəkkilliyindən və fəaliyyətsizliyindən, müxalif fikirli insanlara təzyiq cəhdlərindən bəhs olunur.

Bəyanat müəllifləri təhlükəsizlik qurumlarını daxili siyasi müzakirələrə cəlb etmək cəhdlərini, diplomatiyanın passivliyini, təşəbbüskar olmamağı və bütün məsuliyyəti Rusiya rəhbərliyinə vermək səylərini pisləyir. Bütün bunların nəticəsi olaraq ölkənin təhlükəsizlik sisteminin son dərəcə zəiflədiyini qeyd edir. Onların sözlərinə görə, əgər hakimiyyətdə dəyişiklik baş verməzsə, Ermənistanı acınacaqlı son gözləyir. Sabiq yüksək rütbəli şəxslər Paşinyana mesaj göndəriblər ki, əgər onların çağırışına cavab gəlməsə, Qarabağda müharibənin uduzulma səbəbləri ilə bağlı araşdırma qrupu yaradacaqlar.

Paylaş: