
Sabiq nazirin anası və həyat yoldaşı vəfat etdi

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “İmproteks Şirkətlər Qrupu”nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.
F.Ələkbərovun anası Rubiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova dünyasını dəyişib.
“Rubiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Rubiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi”, məlumatda bildirilib.
Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb./Report/
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Tağı Əhmədov
Xəbər Anı

Elmar Məmmədyarova ağır itki
Son Xeberler

Xalq artistinin xanımı vəfat etdi - FOTO
Bugun.az

Hamlet Xanızadənin xanımı vəfat etdi
Son Xeberler

Milli Qəhrəmanın anası vəfat etdi
Son Xeberler

Vətən Müharibəsi Şəhidi Rövlan Məmmədovun Anası Və...
Bugun.az