🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ŞAD XƏBƏR: Bu binalara “kupça” verilməsinə başlanır - AÇIQLAMA

23.07.2020 09:26 996 baxış sayı 10 dəq. oxuma
ŞAD XƏBƏR:

Sənədsiz evlərin olması həm fərdi şəxslər, həm də bələdiyyələr üçün problemlər yaradır. Sənəd olmadıqda mənzil sahibi və onun ailə üzvləri həmin evə qeydiyyata düşmək imkanından məhrum olur. Eyni zamanda mənzilin sənədi olmadığına görə bələdiyyələr onların sahibdindən daşınmaz əmlak vergisini ala bilmir.

Bəs, bu məsələlər necə həllini tapmalıdır?

Ötən gün Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə Azərbaycan Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında'' 2019-cu il 19 fevral tarixli Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğunu nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-lar kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınıb. Bu qərar 16 595 mənzilə mülkiyyət sənədlərinin verilməsinə şərait yaradacaq.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin ''Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında'' 2019-cu il 19 fevral tarixli Fərmanın imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22 322 mənzil elektron çıxarışla təmin olunub.

'' Artıq 20 ildən çoxdur ki Azərbaycanda tikinti sektoru çox sürətlə inkişaf edir. Bu sahəyə marağın böyük olmasına səbəb həm iqtisadi baxımdan ölkə vətəndaşlarının gəlirlərinin çox olması həm də insanlarımızda mülkə yurd-yuvaya məhəbbət hissindən irəli gəlir. Digər səbəb də odur ki, daşınmaz əmlak sahəsi kapitalın etibarlı qorunması ücün ən əlverişli vasitədir. Paytaxtımızda uzun illər öncə tikilmiş yüzlərlə çoxmənzilli yaşayış binaları var idi ki, onlar çıxarışla təmin olunmurdular. Hər bir çoxmənzilli bina inşa olunmazdan əvvəl aidiyyatı olan bütün qurumlardan sərəncamlar və lazımi sənədlər toplanılır və daha sonra inşaata başlanılır. Görünən odur ki, tikilmiş bütün çoxmənzilli binaların ilkin razılıq və icazə sənədləri var. Buna baxmayaraq bu cür binaların böyük əksəriyyətində yaşayan sakinlərə çıxarış verilməməsi səbəbindən vətəndaş öz evinə qeydiyyata düşə bilmirdi, öz evini banka qoyub hər hansısa bank krediti əldə edə bilmirdi, öz evini ipoteka krediti ilə sata bilmirdi, öz evini öz yaxınlarına hədiyyə edə bilmirdi, qeydiyyat olmadığına görə öz övladlarını yaşadıqları ərazilərdə orta məktəblərə yerləşdirməkdə problemlər yaşanırdı və çıxarışın olmaması səbəbindən sadalamaqla bitməyən problemlər yaşanırdı.Qismən də olsa yaxın günlərdə bu məsələ öz həllini tapacaq.''

Elnur Fərzəliyev bildirdi ki, statistikaya nəzər salsaq isə görərik ki, hər il minlərlə çıxarışsız mənzillərin alqı-satqı əməliyyatları baş tutur. Bu isə hər il büdcənin milyonlarla manat əmlakdan gələn vergilərdən məhrum edir.


''Ölkəmizdə də sərt karantin rejiminin tətbiqi səbəbindən rayon qeydiyyatında olan vətəndaşların paytaxta girişi qadağan olunub. Lakin rayon qeydiyyatı olan əksər vətəndaşların demək olar ki, paytaxtda çoxmənzilli binalarda və yaxud fərdi həyət evlərində çıxarışsız mənzilləri var. Elə çıxarışın olmaması səbəbindən bugün əksər paytaxt sakinləri bölgələrdən öz evlərinə geri dönə bilmirlər. Problemin haradan qaynaqlandığına nəzər salsaq görə bilirik ki, bu gün ölkəmizdə bu sahə bir qurum tərəfindən idarə olunmur. Tikintiyə icazəni verən bir qurum, sərəncamı verən digər qurum, tikintiyə nəzarət edən tamam başqa bir qurum sonda tikintiyə çıxarış verən isə fərqli bir qurumun səlahiyyətindədir. Bu gün bu tip halların olması vətəndaşlarla bərabər tikinti şirkətlərinidə ciddi problemlər yaşadır.

Ötən il cənab prezident İlham Əliyev tərəfindən 400 yeni tikili çoxmənzilli binanın çıxarışla təmin olunmasına tapşırığ verildi. 2019-cu ildə 350-dən çox yeni tikili binalar çıxarışla təmin olundu. Bu il isə növbəti binalara çıxarışların verilmə prosesi artıq başlanılır. Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğunu nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-lar kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır.''

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən məlumata görə Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstloy küçəsi, 124 ünvanında ''Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol'' kampaniyası çərçivəsində 2020-ci il iyulun 24-də saat 11:00-dan 17:00-dək həyata keçiriləcəkdir. Növbəti sənəd qəbulu isə iyulun 25-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti , 990 ünvanında saat 11:00-dan 17:00-dək həyata keçiriləcəkdir.


Bakıda istismarına icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra isə proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Hazırda burada istismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməyən 4 yaşayış binası mövcuddur. Qeyd edilən binalardakı mənzillərin çıxarışla təmin edilməsinin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Bunun üçün həmin binalarda mənzil mülkiyyətçilərindən müvafiq sənədlər toplusunu əvvəlcədən elan olunacaq tarixlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xüsusi avtobuslarda binaların yerləşdiyi ərazidə fəaliyyət göstərəcək mobil ofislərinə təqdim etməsi xahiş olunur. Pandemiya şəraitini nəzərə almaqla prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə həftədə iki dəfə olmaqla əvvəlcədən elan olunmuş ünvanlarda, müəyyən edilən qrafik üzrə sənədlərin səyyar qəbulu keçiriləcəkdir.

Paylaş: