🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Şahmar Mövsümov: “Belə davam etsə, yumşalmalara gedəcəyik”

20.07.2020 13:37 555 baxış sayı 2 dəq. oxuma
Şahmar Mövsümov:

Koronavirusla bağlı müsbət tendensiya davam etsə, biz daha çox sahələrdə fəaliyyəti bərpa edə bilərik.

Bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, isti havada evdə oturmaq çətindir, ancaq bunun müsbət nəticələrini görürük: “Son günlərin statistikasına nəzər yetirdikdə sağalanların sayının artmasını və yoluxanların sayının azalmasını görürük. Ümid edirik ki, yoluxma sayında azalma tendensiyası davam edəcək. Bu, hamımızım, bütün cəmiyyətimizin əziyyətinin nəticəsidir. Nə qədər müsbət tendensiya olsa, biz növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik. Bu dəfə bərbərxanalar və digər bir sıra sahələrdə fəaliyyət bərpa edildi”.

Ş.Mövsümov bildirib ki, hər kəs qaydalara əməl etməlidir: “Ancaq biz başa düşməliyik ki, koronavirus hələ bizimlədir, əgər biz qaydalara əməl etməsək, virus yenidən artacaq və hökumət yenidən sərtləşməyə getmək məcburiyyətində qalacaq. Bu da heç kimin xoşuna gələn ssenari deyil”.

Paylaş: