Son Xeberler
9 abunə
Səfərbərlik Xidməti çağırışçılarla bağlı məlumat yaydı
05.01.2021 13:40
402 baxış sayı
2 dəq. oxuma
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, SHXÇDX tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması yanvarın 30-dək davam edəcək.
Çağırışçılar müddətli həqiqi hərbi xidmətə Azərbaycan əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri üçün qürur hissi ilə yola düşürlər.
Oxşar xəbərlər
Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib -
Son Xeberler
648
14/07 12:37
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət X...
Son Xeberler
401
31/01 07:47
SON DƏQİQƏ!
Son Xeberler
1,207
21/09 07:17
Səfərbərliklə bağlı açıqlama –
Son Xeberler
719
15/07 09:30
Orduya könüllü yazılanların sayı 38 minə çatdı
Son Xeberler
495
19/07 10:45
23500-dən çox şəxs könüllü orduda xidmət etmək ist...
Son Xeberler
424
18/07 10:21