Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO

29.11.2020 16:47 598 baxış sayı 2 dəq. oxuma
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi -

Murov döyüşlərində yaralanan Sərxan Yolçuyev müalicəsini başa vurduqdan sonra doğma yurduna, Gəncəyə qayıdıb.

Qələbə xəbəri, qalibiyyət sorağı ilə dönən qazimizi dostları, qohumları, doğmaları qarşılayıb.

Döyüşün ilk günlərdə yaralandığını deyən qəhrəman qazimiz hazırda yoldaşlarının Kəlbəcərdə olduğunu, özünün isə onlardan ayrdı düşdüyü üçün kədərləndiyini bildirib: “Qismət olmadı, amma bilirəm ki, onlar məni orda canla-başla əvəz edirlər. Mənim ürəyim onların yanındadı”.

Döyüşlər başladığı vaxt cəbhəyə könüllü yollanan Sərxan Yolçuyev dostunun şəhid olması haqqında danışarkən göz yaşlarına hakim ola bilməyib.

Ətraflı süjetdə…

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: