Səhiyyə sistemi səriştəsizdirsə vətəndaş nə etsin? - Həkimdən karantin rejiminə ETİRAZ
“Dünyanın hansı ölkəsində insanlar SMS-lə küçəyə çıxır, hansı ölkədə bir rayondan digərinə getmək qadağandır?''
Bu açıqlamanı tanınmış həkim-nevroloq Qalib Əsədov bildirib. O, qeyd edib ki, səhiyyə sisteminin səriştəsizliyi vətəndaşın üzərinə yüklənməməlidir:
''Virusun mutasiyaya uğrayan yeni növü yarananda Britaniyada istədilər ki, Londunu karantinə alsınlar, insanlar ayağa qalxdı və buna imkan vermədilər. On aylıq sərt karantinin əziyyətini çəkməyimizə baxmayaraq, rəsmilər yenə də bizə “məsuliyyətsiz vətəndaş” deyirlər. Sadəcə səhiyyə sistemi öz bacarıqsızlığının üstünü karantinlə ört-basdır edir. Dərman yoxdur, özəl klinikalarda testlər çox bahadır və aydın məsələdir ki, xəstəlik yayılacaq. Xəstəyə hansı dərmanı yazaq bilmirik, çünki apteklərdə dərmanlar yoxdur. Səhiyyədəkilər öz işlərini bacarmırlar, əvəzində deyirlər “vətəndaş məsuliyyətsizdir, vətəndaş özünü qorumur”. Heç bizim vətəndaşdan qanunpərvəri, qanuna hörmət edəni, həm də cərimələrin çoxluğundan qorxanı yoxdur.
Rusiya, Ermənistan, Gürcüstan, Türkiyədə məktəblər işləyir. Bizim uşaqlar 10 aydır onlayn təhsilin ümidinə qalıblar. Günəmuzd işləyən insanlar ev dustağı olublar. Səhiyyənin başında duranlar öz məsuliyyətsizliyini vətəndaşa yükləyib, onu cərimələtdirməklə vəziyyətdən çıxır. İnsanlar toy edə bilmirlər, bu, bədbəxtlikdir. 18 ildən sonra əsgərliyə aparmağa oğlan tapmayacaqlar”.
Nevroloqun sözlərinə görə, evində acından ölən, pozitiv emosiyadan məhrum olan insana hansısa psixoloji dəstəyin köməyi yoxdur:
“Adamlar evə qapadılıb, pulu yoxdur, üstəlik də cərimələr belini qırır. Artıq insanlarda kütləvi psixoz yaranıb. İnsanlar mənfi enerji ilə o qədər yükləniblər ki, sosial şəbəkələrdə bir status yazırsan, bir balaca kiminsə xoşuna gəlmədi başlayırlar təhqirə, söyüşə, qarğışa. Bununla yanaşı, intiharlar artıb. Çünki insanlara sevinmək qadağan olunub. Biz qalib ölkəyik, insanlar bu sevinci belə, ürəkdən yaşaya bilmirlər. Belə olmaz, vəziyyət bu şəkildə davam edə bilməz. Dərhal karantin rejimi ləğv edilməlidir. Səhiyyə sistemində ciddi dəyişiklik olmalıdır, əks təqdirdə biz ömrümüzün sonuna qədər karantində yaşayacağıq”.(Modern.az)
Oxşar xəbərlər
İlham Əliyev mühüm sərəncam
Son Xeberler
Bu şəxslər koronavirusa yoluxmur -
Son Xeberler
Səhiyyə Nazirliyindən MÜHÜM QƏRAR
Son Xeberler
“Səhiyyə Nazirliyi sanki süddən çıxmış ağ qaşıqdır...
Son Xeberler
Lukaşenko Belarusun koronavirusa qalib gəldiyini
Son Xeberler
Həm özünüz, həm də biznesiniz inkişaf etsin!
Edumap.az Təhsil Portalı