Şenol Güneş və futbolçuları karantinə alındı
Ötən gün Türkiyə-Xorvatiya qarşılaşmasında çıxış edən xorvat müdafiəçi Domaqoy Vidada koronavirus testinin pozitiv çıxmasından sonra Türkiyə Futbol yığmasının bəzi üzvləri karantinə alınıb.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Rusiya ilə qarşılaşacaq Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.
Karantinə alınanlar arasında millinin baş məşqçisi Şenol Güneşlə yanaşı Caner Erkin, Mert Çetin, Dorukhan Toköz və Cenk Tosun da var. Onların ötən günkü yoldaşlıq oyununda xorvat müdafiəçi Domaqoy Vida ilə yaxın təmasda olması ehtimal olunur.
Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.
Oxşar xəbərlər
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyə...
Son Xeberler
“Qarabağ”ın futbolçuları Ağdam məscidində namaz qı...
Son Xeberler
"Real Madrid"in ulduz futbolçusunda koronavirus aş...
Son Xeberler
FACİƏ: 8 futbolçu qəzada öldü
Son Xeberler
Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyası...
İdman Xəbər
Tanınmış futbolçuda koronavirus aşkarlandı
Son Xeberler