Sərhəd Pozucuları Tutuldu - FOTO
Dövlət sərhədini pozmağa çalışan 22 nəfər tutulub.
Sentyabr ayında “Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələri dövlət sərhədini pozmağa çalışan 22 nəfəri saxlayıb. Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata görə, sərhəd pozucuları arasında Əlcəzair və Pakistan vətəndaşları var.
Bildirilib ki, sentyabr ayının 24-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində gedən 1 Əlcəzair vətəndaşı - Abdulkader Ben Bahi saxlanılıb. Sentyabr ayının 26-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində isə Azərbaycandan Rusiya istiqamətində gedən 2 nəfər əlcəzairli - Sarra Benuoali və Rabi Seif Elnaser saxlanılıb.
“Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində isə sentyabrın 26-da 6 nəfər - Hussain Sayed Shahid, Abbas Sayed Haider, Ullah Mohib, Sarwar Nadeem, Ahmad Naseer və Sohaib Muhammad, sentyabrın 27-də 12 nəfər - Virk Asif Ali, Shazia, Raza Ali, Elahi Fazal, Haq Zamam Ul, Virk Abdul Haseeb, Muhammad Awon, Abbas Muhammad Zahid, Ullah Muhammad Sami, Hamza Ameer, Ali Zain və Ahmad Jameel, saat 23:10-da isə 1 nəfər - Shahzad Khurram ümumilikdə 19 nəfər Pakistan vətəndaşının Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozma cəhdləri qarşısı alınıb.
Araşdırma nəticəsində məlum olub ki, saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində idilər.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
Son Xeberler
DSX: Sərhəd pozucuları saxlanıldı
Son Xeberler
SON DƏQİQƏ! Azərbaycan-İran sərhədində atışma -
Son Xeberler
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin q...
melumat.tv
Ermənilər Cəbrayılda da qəbirləri dağıdıblar -
Son Xeberler
Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı olu...
Son Xeberler