Sərnişin təyyarəsi qəzaya uğradı - Çox sayda ölü var

03.03.2021 05:44 931 baxış sayı 1 dəq. oxuma
Sərnişin təyyarəsi qəzaya uğradı -

Cənubi Sudanın Cuba əyalətində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə 2-si pilot olmaqla azı 12 nəfər dünyasını dəyişib. Hadisə zamanı göyərtədə dəqiq neçə nəfərin olduğu məlum deyil. Hadisənin səbəbləri araşdırılır.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: