Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

03.11.2020 19:30 553 baxış sayı 1 dəq. oxuma
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: