Siyavuş Novruzov töhmət almasından danışdı: “Burda nə var ki?!” - AUDİO

22.08.2020 12:29 1,330 baxış sayı 2 dəq. oxuma
Siyavuş Novruzov töhmət almasından danışdı:

"Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu barədə danışmaq istəmirəm, sağ olun”.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə hakim partiya tərəfindən töhmət alması ilə bağlı danışarkən deyib.

Qeyd edək ki, koronavirus pandemiyasında kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsi (sabiq müllət vəkili İlham Əliyevin qızı) üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: