
Slovakiyada məktəbə atəş açılıb, ölənlər var

Slovakiyada məktəbə hücum hadisəsinin təfərrüatı məlum olub.
Bu barədə jurnalistlərə Vrutki şəhərinin başçısı Branislav Zadarides danışıb.
Onun sözlərinə görə, əvvəllər həmin məktəbdə oxumuş 22 yaşlı kişi bıçaqla Vrutki şəhər məktəbinə soxularaq məktəbin direktorunu öldürüb, təsərrüfat işlər üzrə müdir və iki şagirdi yaralayıb.
Başçı bildirib ki, gənc əvvəllər bu məktəbdə oxuyub və heç bir problemi olmayıb.
Ölkə paytaxtı Bratislavadan hadisə ilə bağlı Vrutkiyə səfər edən Slovakiya polisinin başçısı Milan Luçanski jurnalistlərə açıqlamasında hadisə zamanı iki polis əməkdaşının ağır yaralandığını bildirib. O, hücum edən şəxsin psixoloji probleminin olduğunu da ehtimal edib.
Oxşar xəbərlər

Rusiyada təyyarə qəzası baş verib, ölənlər var
Son Xeberler

Ermənilər Tovuzdan sonra daha bir rayonu artilleri...
Son Xeberler

Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilə...
Son Xeberler

Əfqanıstanda silahlı hücum törədilib, ölənlər var
Son Xeberler

Əfqanıstanda partlayış törədilib, ölənlər və yaral...
Son Xeberler

Məşhur idmançımız adam öldürdü –
İdman Xəbər