SMS-siz küçəyə çıxanlar həbs edildi
Xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Emin Qədimov, Sahib Həmidli və Vüsal Məhərrəmlinin ölkə ərazisi üzrə nəzərdə tutulan SMS icazəsi olmadan küçədə hərəkət etdikləri müəyyən edildiyinə görə barələrində Xətai rayon prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq, qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, məhkəmənin müvafiq qərarları ilə hər 3 şəxs barəsində cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri tətbiq edilib.
Qeyd olunub ki, xüsusi karantin rejiminin tələblərinə əməl etməyərək qanun pozuntularına yol vermis şəxslərin daha ciddi məsuliyyət tədbirlərinə cəlb edilmələri təmin olunacaq.
Oxşar xəbərlər
XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler
Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler
Səlim Müslümov həbs edildi
Son Xeberler
Türkiyədə dilənçinin üzərindən çıxanlar polisləri...
Son Xeberler
Karantində toy edən sabiq deputat və qudası həbs e...
Son Xeberler
Qalmaqallı görüntüləri yayılan deputat həbs edildi...
Son Xeberler