🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

SOCAR Pakistana qaz böhranından çıxmağa kömək edəcək

11.12.2020 13:02 372 baxış sayı 4 dəq. oxuma
SOCAR Pakistana qaz böhranından çıxmağa kömək edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistana ölkədə yaranmış təbii qaz böhranından çıxmağa kömək edəcək.

2021-ci ilin yanvarında Pakistan ciddi şəkildə qaz böhranı ilə üzləşə bilər.

Buna səbəb isə gələn ilin yanvar ayının ilk yarısı üçün beynəlxalq mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüləri tərəfindən təkliflərin verməməsidir. Yaxud da ki, daha yüksək qiymətlər təklif etməsi olub.

Pakistan gələn ilin yanvar-fevral ayları üçün də artıq LNG yükünün idxalı üçün müraciət edib və qaliblər müəyyən edilib.

Belə ki, SOCAR-ın təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 20,4832 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 29 yanvar-1 fevral tarixləri müəyyən olunub.

Digər tədarükçü şirkət isə “Trafigura” olub. Bu şirkətin iki müraciəti qəbul edilib. Şirkətin təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 27,2727 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 20-21 yanvar müəyyən olunub. İkinci lot üzrə isə təklif edilən qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 33,9499 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 29 yanvar-1 fevral tarixləri müəyyən olunub.

“Energy Asia/ENOC” şirkətinin LNG-nin təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 24,8888 % təşkil edib. “Vitol” şirkətinin təklif etdiyi LNG-nin qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 24,4321 % təşkil edib. Hər iki şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 29 yanvar-1 fevral tarixləri müəyyən olunub.

Keçirilən hərraclarda ən ucuz LNG-ni təklif edən şirkət isə “Qatar Petroleum” olub. Belə ki, Qatar şirkəti 3 dəfə ölkəyə LNG partiyası gətirəcək. Belə ki, şirkətin təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 17,3203 % təşkil edib. Qazın tədarükü üçün çatdırılma müddəti də 20-21 yanvar tarixləri müəyyən olunub. İkinci lot üzrə şirkətin təklif etdiyi LNG-nin qiyməti “Brent” markalı neftin qiymətinə nisbətdə 17,3207 %, üçüncü lot üzrə isə 15,3209 % təşkil edib. İkinci və üçüncü partiya LNG qazının tədarükü üçün çatdırılma müddəti 26-27 yanvar və 29 yanvar-1 fevral tarixləri müəyyən olunub.

Paylaş: