SON DƏQİQƏ: Hərbiçilərimiz Ağdamda minaya düşdü - RƏSMİ
Baş Prokurorluq və Daxili İşlər Nazirliyini yenidən vətəndaşlara müraciət edib.
Məlumatda əhalidən işğaldan azad olunan ərazilərin minadan və digər partlayıcı maddələrdən təmizlənilməsi başa çatmayana qədər təhlükəsizliyin təmin edilməsi məqsədilə ilə daxil olmamaq xahiş edilir.
Qeyd edək ki, 2020-ci il dekabrın 13-də saat 17.00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri - 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüb. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Daha öncə də azad edilmiş torpaqlarımızda xidmət aparan və ya əraziyə gedən mülki vətəndaşlardan minaya düşərək həlak olan və ya yaralananlar olub.
Oxşar xəbərlər
Tərtərdə mülki şəxs minaya düşdü
Son Xeberler
Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini...
Son Xeberler
Füzulidə mülki şəxslər minaya düşdü, ölən və yaral...
Son Xeberler
Azərbaycan əsgəri minaya düşüb şəhid oldu - FOTO
Son Xeberler
Azərbaycanda minaya düşən 14 nəfər ölüb -
Son Xeberler
Allahverdi Bağırovun məzarı belə olacaq -
Son Xeberler