19.07.2020 18:43
6
abunə
732
SON DƏQİQƏ: Yoluxanların sayı 400-dən aşağı düşdü, 517 nəfər sağaldı

Bu gün Azərbaycanda daha 517 nəfər koronavirusdan sağalıb, 5 nəfər isə vəfat edib.

Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində ölkədə daha 388 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 27 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 200 nəfərdir.

Ötən müddət ərzində 627 min 881 test aparılıb. Bugünkü test sayı isə 8 095-dir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine