
SON DƏQİQƏ! Bakıda evdən 5 gəncin meyiti tapıldı

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.
Meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib.
Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. Səbael rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda evdən yanmış kişi meyiti tapıldı
Son Xeberler

23 yaşlı gəncin meyiti tapıldı
Bugun.az

Bakıda evdən gənc oğlan meyiti tapıldı
Bugun.az

Azərbaycanda qəbiristanlıqda yeni doğulmuş körpə m...
Son Xeberler

18 yaşlı oğlan Bakıda faciəvi şəkildə öldü
Xəbər Anı

Cəbrayılda 20 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler


