🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yandı - VİDEO

01.09.2020 06:49 674 baxış sayı 2 dəq. oxuma
SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yandı -

Bakıda avtobusda baş vermiş yanğınla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama verib.

Bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

"Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır", - deyə məlumatda bildirilir. 

 
 
Paylaş: