🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Son zamanlar yoluxmalar əsasən bu yerlərdə olur - TƏBİB

21.06.2020 08:48 707 baxış sayı 2 dəq. oxuma
Son zamanlar yoluxmalar əsasən bu yerlərdə olur -

"Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə içində olur, yəni nənə-bala, və s. arasında yoluxma baş verir".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, keçən həftə qısamüddətli qapanma olsa da, yoluxmanın çox olduğu narcıncı zonada yaşayan insanlar yoluxmanın az olduğu rayonlara getdilər: "Bizə çox deyilir ki, qapanmalar etdiniz, amma bir nəticə görmədiniz. Bu gün hər kəs başa düşməlidir ki, həmrəylik nümayiş etdirməlidir. Əgər bu gün mən COVİD-19-a yoluxmuş şəxsi görsəydim, deyərdim ki, onu izolyasiya edək.

Təəssüf ki, bu, mümkün deyil. Keçən həftə "qapanmaya gedək" dedik, amma onu gördük ki, yoluxmanın çox olduğu narıncı zonadakılar yoluxmanın az olduğu rayonlara getdilər. Oradan bizə müraciət etdilər ki, burada da vəziyyət pisləşəcək. Bunu bizə sadə vətəndaşlar deyirdilər".

Paylaş: