Son Xeberler
9 abunə
Sonuncu mesajı cavabsız qalan şəhid qızının fəryadı - VİDEO
21.07.2020 06:45
573 baxış sayı
4 dəq. oxuma
Biz xalq olaraq şərəfli ölümlə hər zaman fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu vətən, bu xalq, bu millət nə qədər faciələrlə üzləşsə də yaşamaq haqqını itirməyib.
Qəhrəmanlıq an məsləsi deyil. O elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf deyilən heç nə yoxdur. O da təsadüfən seçməmişdi bu peşəni. Çətinliklərindən də, sonundan da xəbərdar idi əslində 44 Yaşlı Anar Novruzov.
Baku.Tv şəhidin ailəsini ziyarət edib, onların xatirələri ilə tanış olub. Ömür-gün yoldaşını itirmək Nailə Novruzova üçün nə qədər çətin olsa da, torpaq, vətən uğrunda qazandığı şəhidlik məqamı ona təsəlli, güc-qüvvət verir. Anar Novruzovun toyunda vağzalı əvəzinə "Əsgər marşı”nın sədaları ilə mağara daxil olması da vətən, torpaq sevgisindən doğurdu.
Anar evə-eşiyə sığmazdı. O, cəbhənin ən qaynar nöqtələrində kəşfiyyatçı kimi xidmət edirdi. Söhbət vətəninin, torpağının bir zərrəsindən gedən zaman gözünə nə ona möhtac 2 övladı göründü, nə 20 ildən çoxdur ona həsrət qalmış doğmaları.
İndi artıq övladlarının yanına birdəfəlik dönüb mayor Novruzov.
Aprel qəhrəmanları, İyul qəhrəmanları, Yanvar qəhrəmanları.... Aylar, illər dəyişir, ancaq nə qəhrəman xalq, nə də namərd millət dəyişmir.
Ana övladını, oğul atasını, qadın həyat yoldaşını, ata dayağını itirən zaman insanın qəlbinə çökən ağrını, iztirabı göz yaşı ovundurur. Ancaq qürurla, fəxrlə şəhid yolunda övlad üçün axır bu göz yaşları. İgidimizin özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və 2 övladı yadigar qaldı bizə.
Oxşar xəbərlər
"Evdə heç kim yoxdur" mesajını alan gənc həyatının...
Son Xeberler
916
20/01 17:07
Şəhid generalımızın oğlu ilə son
Son Xeberler
648
17/07 11:53
Canlı yayımda bu da oldu - Qızının əməllərini eşid...
Son Xeberler
914
02/02 09:24
Şəhidin atası:
Son Xeberler
542
13/07 08:21
İtkin düşən zabitimizin şəhid xəbəri gəldi
Son Xeberler
525
14/01 19:07
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı evə...
Son Xeberler
1,014
21/07 18:36