
Space TV-nin rəhbəri kim olacaq? - Sevil Əliyeva Bakıya gəlir

Speys TV-nin sədri, tanınmış rejissor Vaqif Mustafayevin vəzifədən azad edilməsindən sonra bu kanala kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur.
Hazırda bir çox şəxsin – Speys TV-yə bir vaxtlar rəhbərlik etmiş Etibar Babayev, ATV-nin keçmiş sədri Vüqar Qaradağlı, o cümlədən tanınmış aparıcı Turan İbrahimov və hətta Vado Korovinin namizədliyinin mümkünlüyü haqda iddialar səsləndirilir.
Speys TV-nin təsisçisi Sevil xanım Əliyeva mediaya açıqlamasında artıq kanalın rəhbərinin müəyyənləşdiyini, yaxın vaxtlarda onun ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Saytımıza verilən məlumata görə, S.Əliyevanın seçimi tanınmış jurnalist, uzun illərdir Speys TV-də çalışan, böyük sənətkarımız Rəşid Behbudovun kürəkəni (Rəşidə Rəşidin həyat yoldaşı) Kamil Şahverdiyevdən yanadır. Hazırda da kanala müvəqqəti rəhbərliyi K.Şahverdiyev edir.
Speys TV-dən bildirilib ki, Sevil Əliyevanın yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir və o zaman da kanal rəhbərini özü təyin edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Londonda yaşayır.
Oxşar xəbərlər

“Space” TV-də bu veriliş bağlandı
Son Xeberler

“Space”də yoxlamalar başladı -
Son Xeberler

Ronaldo yenə fərqləndi - 925-ci qol
Bugun.az

MTRŞ "Space TV" ilə bağlı qərarını açıqladı
Son Xeberler

"Space'' TV-nin əməkdaşı vəfat etdi -
Son Xeberler

SON DƏQİQƏ! "Space" TV-yə yeni rəhbər təyin edildi...
Son Xeberler