Sumqayıt şəhər prokurorluğu MƏLUMAT YAYDI
İyulun 17-də saat 14 radələrində Sumqayıt şəhəri ərazisində 1992-ci il təvəllüdlü Kamal Əliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olmuşdur.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
İstintaqla hadisənin zərərçəkmişin tanışı 1993-cü il təvəllüdlü Elnur Əsədullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Azərbaycanda yüksək vəzifəli məmur qəfil vəfat etd...
Son Xeberler
Azərbaycanda kişinin hamilə arvadını dənizdə boğar...
Son Xeberler
Sumqayıtda silahlı insident:
Son Xeberler
Təhsil nazirindən yeni
Son Xeberler
Prezident yüksək vəzifəyə onu təyin etdi - SON DƏQ...
Son Xeberler
“Lider” kursunun direktoru həbs edildi
Son Xeberler