Sumqayıtda zavod yanır: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır - YENİLƏNİB

07.08.2020 09:19 767 baxış sayı 2 dəq. oxuma
Sumqayıtda zavod yanır:

“SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda başlayan yanğın zamanı yeddi nəfər xəsarət alıb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, yaralılardan birinə ambulator yardım göstərilib və evə buraxılır:

“Altı nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”.

  ***

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın başlayıb.

Bunu Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

O qeyd edib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib:

“Aparılan tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Söndürülməsi istiqamətində iş gedir”.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: