
Süni İntellekt Dünyanın Ən Yaxşı Stadionlarını Seçdi: Galatasaray və Beşiktaş Meydançaları İlk 20-likdə

X sosial media platformasının süni intellekt sistemi olan Grok, dünya futbolunda ən güclü azarkeş atmosferinə malik stadionların siyahısını açıqlayıb. Givemesport tərəfindən yayımlanan bu geniş siyahıda, Türkiyə Super Liqasının iki böyük nəhəngi – "Galatasaray"ın RAMS Parkı və "Beşiktaş"ın Tüpraş Stadionu da yer alıb. Süni intellekt bu sıralamanı tərtib edərkən sadəcə meydançanın tutumuna deyil, həm də azarkeşlərin yaratdığı təsirə, akustik keyfiyyətə, atmosferin sıxlığına və futbol mədəniyyətinə verdiyi töhfəyə əsaslanıb.
Bu meyarlar nəticəsində Türkiyənin iki stadionu dünyanın ən əfsanəvi futbol məbədləri arasında qərarlaşıb. “Galatasaray”ın istifadə etdiyi RAMS Park 5-ci yerdə, “Beşiktaş”ın Tüpraş Stadionu isə 13-cü sırada göstərilib. Bu, hər iki stadionun Liverpulun "Anfield", Dortmundun "Signal Iduna Park" və Argentinanın "Boka Xuniors" klubuna məxsus "La Bombonera"sı kimi böyük arenalarla eyni səviyyədə qəbul edildiyini göstərir. Grok, fanatların oyun ruhunu və emosiyasını ən yüksək səviyyədə əks etdirə bilən yerləri dəyərləndirməyə yönəlib ki, bu da iki İstanbul klubunun stadionlarını qlobal miqyasda irəli çıxarıb.
Süni intellekt tərəfindən hazırlanan, dünyanın ən güclü azarkeş atmosferinə malik 20 stadionun siyahısı belədir:
20- PARC DES PRINCES. Tutumu: 48 min. Komanda: Paris Saint-Germain. Yer: Paris (Fransa)
19- QAHİRƏ BEYNƏLXALQ STADİONU. Tutumu: 75 min. Komanda: Al Ahli və Zamalek. Yer: Qahirə (Misir)
18- ROMA OLİMPİYAT STADİONU. Tutumu: 70 min. Komanda: Roma və Latsio. Yer: Roma (İtaliya)
17- IBROX STADİONU. Tutumu: 50 min. Komanda: Rencers. Yer: Qlazqo (Şotlandiya)
16- DE KUIP STADİONU. Tutumu: 47 min 500. Komanda: Feyenoord. Yer: Rotterdam (Hollandiya)
15- SAN MAMES STADİONU. Tutumu: 53 min. Komanda: Atletik Bilbao. Yer: Bilbao (İspaniya)
14- ST. JAMES PARK. Tutumu: 52 min. Komanda: Nyukasl Yunayted. Yer: Nyukasl-apon-Tayn (İngiltərə)
13- TÜPRAŞ STADİONU. Tutumu: 41 min. Komanda: Beşiktaş. Yer: İstanbul (Türkiyə)
12- KARAISKAKIS STADİONU. Tutumu: 33 min. Komanda: Olimpiakos. Yer: Pirey (Yunanıstan)
11- WOJSKA POLSKIEGO STADİONU. Tutumu: 33 min. Komanda: Legia Varşava. Yer: Varşava (Polşa)
10- LUZ STADİONU. Tutumu: 65 min. Komanda: Benfika. Yer: Lissabon (Portuqaliya)
9- DRAGAO STADİONU. Tutumu: 50 min. Komanda: Porto. Yer: Portu (Portuqaliya)
8- DİEQO ARMANDO MARADONA STADİONU. Tutumu: 54 min. Komanda: Napoli. Yer: Neapol (İtaliya)
7- RAYKO MİTİC STADİONU. Tutumu: 55 min. Komanda: Qızıl Ulduz. Yer: Belqrad (Serbiya)
6- MONUMENTAL STADİONU. Tutumu: 84 min. Komanda: River Pleyt. Yer: Buenos Ayres (Argentina)
5- RAMS PARK. Tutumu: 52 min. Komanda: Galatasaray. Yer: İstanbul (Türkiyə)
4- CELTIC PARK. Tutumu: 60 min. Komanda: Seltik. Yer: Qlazqo (Şotlandiya)
3- SIGNAL IDUNA PARK. Tutumu: 81 min. Komanda: Borussiya Dortmund. Yer: Dortmund (Almaniya)
2- ANFİELD STADİONU. Tutumu: 61 min. Komanda: Liverpul. Yer: Liverpul (İngiltərə)
1- LA BOMBONERA STADİONU. Tutumu: 54 min. Komanda: Boka Xuniors. Yer: Buenos Ayres (Argentina)
Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İşte dünyanın en ateşli taraftarları
Son Xeberler

Beşiktaş evdə məğlub oldu
Bugun.az

İspan futbolçu “Beşiktaş”ı yox, Almaniyanı seçdi
Bugun.az

"FC 26-da Türkiyənin Super Liqa Ulduzları Gerçək K...
Texnologiya xəbərləri
Çin 3-cü Süni İntellekt Seminarına Ev Sahibliyi Ed...
Son Xeberler

NVIDIA Dünyanın Ən Qiymətli Şirkəti Oldu!
Texnologiya xəbərləri


